Рroyektlərimiz | 54 |
Daxili telemakretinq (dəq.) | 2250000 |
Xaric olunan telemarketinq (dəq.) | 1095000 |
ASA (san.) | 11 |
AR % | 97 |
SL | 98 |
İnternet-mağazalar üzərindən gedən alış-verişlər bir çox faktorlardan asılıdır, lakin bunlardan ən önəmlisi müştərilər ilə operativ ünsiyyətin olmasıdır. Alıcı onu maraqlandıran suala cavabı nə qədər tez alarsa, sifariş prosesi bir o qədər asanlaşar.
Xidmət kimlər üçün maraqlı ola bilər?
İstər yeni, istərsə də artıq özlərini təsdiqlətmiş internet-mağazaları xidmətdən istifadə edə bilərlər.
• Siz şirkətinizə əlavə işçi heyəti cəlb etmədən müştəri bazanızı artıra biləcəksiniz.
• Daxil olan bütün zənglər cavablandırılacaq və müştəri xəttdə gözləməli olmayacaq.
• Müştəriləriniz onları maraqlandıran suallar ilə günün 24 saatı müraciət edə biləcəklər. (Bizim Zəng Mərkəzimiz 247 prinsipi ilə çalışır).
.
• Yeni operatorların işə cəlb edilməsi və onlara iş prosesi ilə bağlı təlimlərin keçirilməsinə artıq ehtiyac qalmır. Bütün bunları “119 Məlumat və Xidmət Mərkəzi” öz üzərinə götürür.
• Bütün danışıqlar öncədən hazırlanmış ssenari ilə aparılır.
• Mərkəzə daxil olan hər bir zəng haqqında Sizə ətraflı məlumat təqdim olunur.
Əlavə olaraq, satışların artırılması məqsədi ilə müxtəlif növ telemarketinq xidmətlərinin həyata keçirilməsi də nəzərdə tutulur.