ŞİRKƏT HAQQINDA

“119 Məlumat və Xidmət Mərkəzi” telefonla daxil olan zənglər və müraciətlər əsasında xidmət göstərən telekommunikasiya şirkətidir. Şirkət öz fəaliyyətini 2013-cü ilin yanvar ayından aparır.

Əsas istiqamət müxtəlif növ informasiyanın əhaliyə ötürülməsi və bir çox xidmətlərin göstərməsindən ibarətdir. Çoxsaylı mütəxəssis heyətinə malik olan “119” şirkəti müştərilərə qısa zaman ərzində operativ və keyfiyyətli xidmət göstərərək Azərbaycanın telekommunikasiya bazarında artıq özünü lider zəng mərkəzi kimi tanıdıb. Şirkətin əsas məqsədi daxil olan müraciətləri minimal vaxt ərzində maksimal dərəcədə tez cavablandırmaqdır.


“119 Məlumat və Xidmət Mərkəzi” Azərbaycanda 24/7 prinsipi ilə fəaliyyət göstərən yeganə məlumat mərkəzidir. Zənglər həm şəhər telefonlarından, həm də ölkədə fəaliyyət göstərən bütün mobil operatorlarının nömrələrindən daxil olunur. Daim yenilənən baza və ən yeni avadanlıq ilə təchiz olunmuş zəng mərkəzi daxil olan bütün sorğuları ən qısa zaman ərzində cavablandırmaq bacarığına malikdir. 119 nömrəsinə zəng edərək aşağıdakı təşkilatların nömrə, ünvan və iş qrafikləri haqqında məlumatları əldə etmək mümkündür:


- Azərbaycan üzrə fəaliyyət göstərən bütün dövlət və özəl şirkətlər;
- fövqəladə xidmətlər;
- xəstəxanalar, poliklinikalar və apteklər;
- ali və orta ixtisas təhsil müəssisələri, uşaq bağçaları, liseylər və s.;
- Butiklər, mağazalar, gözəllik salonları, restoranlar, otellər və digər obyektlər.

Ölkədə fəaliyyət göstərən dövlət və özəl şirkətlər haqqında məlumat verməklə yanaşı, 119 həmçinin əhaliyə müxtəlif xidmətlər də təklif edir. Qeyd etmək lazımdır ki, bu xidmətlərin əksəriyyəti Azərbaycanın telekommunikasiya bazarında ilk dəfə təqdim olunub. “119” şirkətinin zəng mərkəzi dünya İP-telefoniya sektorunda lider olan məşhur AVAYA platformasında fəaliyyət göstərir. Bunun sayəsində müştərilərə göstərdiyimiz xidmətin səviyyəsi və şirkətin rəqabət qabiliyyəti artır.


Daxil olan zəngin bir dəqiqəsi 0.47 AZN təşkil edir (ƏDV daxil olmaqla).