Əsas>> Virtual menecer

Virtual menecer

Korporativ müştərilərə təqdim etdiyimiz digər bir xidmət “Virtual menecer” adlanır. Bu xidmətin vasitəsi ilə Sizin müştəriləriniz günün 24 saatı onları maraqlandıran məlumatları əldə etmək imkanını əldə edəcəklər.

Xidmət necə işləyir?
İlk öncə vahid bir ssenari hazırlanır. Bu ssenaridə Sizin təqdim etdiyiniz məhsul və ya xidmətlər haqqında olan bütün ətraflı məlumat əks olunur. Daxil olan bütün zəngləri bizim operatorlar cavablandırır, ehtiyac yarandıqda isə zəngi şirkətin menecer və ya digər məsul işçilərinə yönləndirirlər.
Bundan əlavə, virtual menecer xidmətinin köməkliyi ilə, operatorlarımız Skype, SMS və digər ünsiyyət vasitələri ilə də alıcıları məlumatlandıra bilərlər.



“Virtual ofis” xidmətini niyə bizdən sifariş etməlisiniz?

• Daxil olan heç bir zəng “itmir”, bütün müraciətlər operatorlarımız tərəfindən operativ şəkildə cavablandırılır.
• Virtual menecer xidməti həftənin 7 günü bayram və istirahət günləri daxil olmaqla 24 saat çalışır.
• Əmin ola bilərsiniz ki, Sizin mərkəzə zəng edən müştərilər yalnız doğru və yoxlanılmış məlumatı əldə edəcəklər.
• Virtual menecer xidməti satışların artmasını təmin edir, potensial alıcılar onları maraqlandıran bütün məlumatları dərhal əldə edirlər.
• Bizim qiymətlər çox sərfəlidir.

Zəng mərkəzinə ismarıc

Zəng mərkəzimizdən test rejimində istifadə etmək üçün müraciət edin