Əsas>> Qaynar xətt

Qaynar xətt

“Qaynar xətt” xidməti sayından asılı olmayaraq 24 saat ərzində operativ şəkildə daxil olan zənglərin cavablandırılması deməkdir.

“Qaynar Xətt” xidməti necə işləyir?
İlk öncə xüsusi təyin olunmuş qısa nömrə (və ya şəhər nömrəsi) təqdim edilir. Bütün daxil olan zənglər bu nömrəyə yönləndirilərək, bizim operatorlarımız tərəfindən cavablandırılır. Bizim Mərkəz 24/7 prinsipi ilə çalışır.

“Qaynar Xətt” xidməti kimlər üçün maraqlı ola bilər?
• Zənglərin sayının mövsüm ilə bağlı artmasında
• Reklam kampaniyalarının keçirildiyi müddətdə
• Müxtəlif növ sorğuların aparılması zamanı
• İnternet-mağazalarının sahibləri üçün
• Psixoloji yardım mərkəzləri üçün
• Müxtəlif sahələr üzrə məsləhət xidmətləri.

Xidmətin üstünlükləri:
• Daxil olan zənglər günün 24 saatı cavablandırılır. (Bayram və istirahət günləri daxil olmaqla).
• Telefon xətti hər zaman azad qalacaq.
• Bütün danışıqlar öncədən hazırlanmış ssenari üzrə aparılır. Operatorlar zəng edən müştərilərə yalnız dəqiq məlumatı çatdırırlar.
• Daxil olan müraciətlərin cavablandırılması tək telefon vasitəsi ilə deyil, eləcə də digər əlaqə vasitələri ilə də mümkündür: skype, sms və s.
• Daxil olan zənglərə operativ reaksiya.
• Bütün zənglər haqqında ətraflı məlumatın sifarişçiyə ötürülməsi.
• “Qaynar Xətt” xidməti artıq xərc çəkmədən effektiv əlaqə sisteminin əldə edilməsi deməkdir.



“Qaynar Xətt” nə deməkdir?

Xidmətin təşkili aşağıdaki sistem ilə qurulur:

• Sifarişçinin nömrəsinə daxil olan zənglər bir neçə operator tərəfindən cavablandırılır, bu isə o deməkdir ki, xəttdə gözləyən müştərilərin sayı sıfıra enir.
• Zənglər öncə hazırlanmış ssenari ilə hayata keçirilir.
• Zəng daxil olan zaman, operator onu dərhal məlumat bazasına daxil edir.
“Qaynar Xətt” xidməti müxtəlif məqsədlər üçün istifadə edilə bilər:
• Müxtəlif sorğuların qəbulu üçün;
• Təcili məlumatların qəbulu;
• Məlumatların toplanması, telefon sorğuları;
• Müştərilər ilə effektiv qarşılıqlı əlaqə;
• Müxtəlif anonim xidmətlər (psixoloji yardım, hüquq-mühafizə orqanlarına müraciət və s.)
Çeviklik – “Qaynar Xətt” xidmətinin əsas parametrlərindən biridir. Bu o deməkdir ki, sifarişçi bizə öncədən təqdim etdiyi ssenarini istənilən zaman dəyişə bilər.

“Qaynar Xətt” xidmətini niyə bizdən sifariş etməlisiniz?
• Bizə müraciət edərək, zəng mərkəzimizdən odənişsiz, test rejimində istifadə etmək imkanını əldə edirsiniz.
• “119” – Azərbaycanın ən böyük zəng mərkəzlərindən biridir.
• Bizim operatorlara mütamadi olaraq müxtəlif treninqlər keçirilir.
• Bizim qiymətlər sərfəlidir.
Müştərilər ilə ünsiyyət nə qədər operativ olarsa, alıcı onu maraqlandıran suala cavabı nə qədər tez alarsa, sifariş prosesi bir o qədər asanlaşar.

Zəng mərkəzinə ismarıc

Zəng mərkəzimizdən test rejimində istifadə etmək üçün müraciət edin